Çempionluq paradında 9 nəfər saxlanılıb

Londonun “Arsenal” futbol klubunun şəhərin şimalında keçirilən çempionluq paradı zamanı polis 9 nəfəri saxlayıb.

ELAZ.INFO xəbər verir ki, bu barədə Skotland Yard (London polisi) məlumat yayıb. Polis idarəsinin bəyanatında bildirilir ki, yerli vaxtla saat 18:00-a olan məlumata görə, asayişi pozan 9 şəxs müxtəlif hüquqpozmalara görə qismən saxlanılıb. Saxlanılma səbəbləri arasında aşağıdakı xətalar yer alıb: İctimai yerdə içkili vəziyyətdə olmaq və asayişi pozmaq; Narkotik vasitələrlə bağlı cinayətlər; Seksual xarakterli təcavüz (bədxahlıq); Təcili xidmət əməkdaşlarına (polislərə) hücum etmək.

İlkin qiymətləndirmələrə görə, “Arsenal”ın İngiltərə Premyer Liqasında 22 ildən sonra qazandığı ilk çempionluq titulunu qeyd etmək üçün təxminən yarım milyon azarkeş küçələrə axışıb. Futbolçular üzəri açıq avtobusla Londonun şimalında yerləşən İslinqton rayonunun küçələrini gəziblər. Klubun doğma stadionu olan “Emireyts”dən (Emirates) başlayan 8 kilometrlik parad elə bir neçə saat sonra həmin stadionun qarşısında da başa çatıb. Əsasən klubun qırmızı-ağ rəngli formalarını geyinən “topçular”ın (The Gunners) çoxsaylı pərəstişkarları paraddan hələ saatlar öncə toplaşmağa başlayıblar və London küçələrində uzun illər həsrətlə gözlənilən çempionluq coşqusu hələ də davam edir.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın