Moskva-Astana arasında nə baş verib?

Putinin Qazaxstan paytaxtı Astanaya bu dəfəki müdhiş səfəri, Qazax xalqını şoka salıb sadəcə.

Onun Qazaxıstanda xüsusi qarşılanması tələbi, yüzlərlə bronlu maşın, vertolyot kortejilə keçidi. Onun çıxışında, özünü çox yuxarıdan aparması, “Qazaxstan faktiki rusdilli ölkədi” bəyan etməsi, bu ölkədə Rus dili rəsmi dil olacaq, yeni rusdilli məktəblər, universitetlər açılacaq deməsi, çıxışı boyu öz güclü raketlərinin detalları və partlayış gücünü qorxu yaratma hədəsi tipli, izah etməsi, və Qazaxstan prezidentinin isə, Putinə, tutulub, donub qalıb cavab verməməsi şoka salıb xalqı.

İstər-istəməz analiz tələb edən sual yaranır ki, bu arada Moskva-Astana arasında nə olub, nə baş veribdi ki, Tokayev görünməmiş dərəcədə geriləyib, Putin görünməmiş dərəcə ürəklənib? Çox qəribədir. Belə.çey yox idi. Putin-Tokayev münasibəti bu dəfə, Putin-Lukaşenko gününə düşmə münasibətinə oxşadı. Görəsən nə baş verib? Tokayev çox qanı qara idi, yazıq yöndə.

Hər halda, çox yaxın zaman aydın olar bunlar. Həyatda, elə kriminalda da, baş verən hadisə, üç halda, ya baş vermədən əvvəl, ya baş verən an, ya da, sonra üzə çıxan faktlarla aydın olur.

Videoda, çoxizləyicili məşhur Qazaxstan saytı Putin gəlişinin həqiqətlərinə dürüst şərh verilir.

P. S Putin bunu bərk qorxudub, nədirsə… Ya kompromat-şantajla, ya da, birbaşa təzyiqlə! Bunlar bir ara yaxın idilər, Tokаев ona “на ты” müraciət edir, sözünü kəsirdi. İndi “əlahəzrət” deyir “его превосходительства”.

İlqar ALTAY

Bizi izləyin və paylaşın