Rusiya hərbçiləri Lesnoy qəsəbəsinin şimal-şərqini təmizləyir

Rusiya hərbçiləri Dnepropetrovsk vilayətinin Lesnoy qəsəbəsindən şimal-şərqdə yerləşən meşəlik ərazidə təmizləmə əməliyyatları aparır.

ELAZ.INFO xəbər verir ki, hərbi ekspert Andrey Maroçko məlumat verib. Ekspertin sözlərinə görə, Rusiya bölmələri hazırda qeyd olunan istiqamətdə fəaliyyətlərini davam etdirirlər: “Bizim hərbi qulluqçularımız Lesnoydan şimal-şərqdə meşəlik ərazinin təmizlənməsi prosesini həyata keçirirlər”, — deyə Maroçko bildirib. Mayın 29-da Rusiya Müdafiə Nazirliyi “Şərq” qoşun qruplaşmasının bölmələri tərəfindən Dnepropetrovsk vilayətinin Lesnoy yaşayış məntəqəsinin nəzarətə götürüldüyü barədə məlumat yaymışdı.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın