Səkkizqat “Qızıl top” mükafatının qalibi, “İnter Mayami” klubunun hücumçusu Lionel Messi Argentina milli komandasının 2026-cı il dünya çempionatı üçün rəsmi heyətinə salınıb.
ELAZ.INFO xəbər verir ki, bu barədə Argentina Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb. Xatırladaq ki, turnir bu il 11 iyun – 19 iyul tarixləri arasında ABŞ, Kanada və Meksikada keçiriləcək. Hazırkı dünya çempionu olan Argentina yığması qrup mərhələsində Avstriya, Əlcəzair və İordaniya komandaları ilə qarşılaşacaq.
Lionel Messi və Kriştianu Ronaldo altı dünya çempionatında çıxış edən ilk futbolçular kimi tarixə düşə bilərlər. Bundan əvvəl Portuqaliya millisinin də Ronaldo üçün analoji qərar verdiyi və onu heyətə daxil etdiyi bildirilmişdi.
Dünya futbolu tarixində indiyədək yalnız meksikalı Antonio Karbahal və Rafael Markes, həmçinin almaniyalı Lotar Matteus beş dünya çempionatında forma geyinməyi bacarıblar.
Ruslan MƏMMƏDOV
