Təzadlı fikirlər, qərəzli addımlar

İran parlamentinin sədri və danışıqlar qrupunun rəhbəri Məhəmməd Baqir Qalibaf ABŞ ilə mümkün razılaşma ətrafında müzakirələri davam etdirmək üçün ikinci gündür Qətərdə qalır, ABŞ isə danışıqlar başladıqdan bir neçə saat sonra İranın katerlərinə və raket qurğularına zərbə endirdiyini açıqlayır. İsrail isə Livana kütləvi zərbələr endirir.

M.Qalıbaf sərt ABŞ tələblərinə “yox” deyib danışıqlar prosesindən geri addım ata bilmir. Çünki, bu ABŞ və İsrail zərbələrinin davam etmədi ilə nəticələnəcək. Bəlkə də bu gecə zərbələr yenə davam edəcək.

Maraqlı burasıdır ki, tək Qalibaf deyil, digər İran rəsmiləri bu zərbələrə etiraz edə bilmir.

İran hökumətinin sözçüsü Fatimə Mühacirani isə zərbələrin ardınca ABŞ ilə diplomatik prosesin davam etdiyini bildirir. Bir dənə olsun İran generalı səsini çıxara bilmir. Müctəba adından da bəyanat gəlmir. Halbuki zərbə olmayanda siyasətçilər, diplomatlar və hərbçilər İranı “qalib” elan edir, ABŞ və İsrailin yer üzündən silmək lə hədələyirdilər.

Əslində ABŞ zərbələri İrana təzyiq vasitəsi idi və danışıqlarda iştirak edən İran tərəfini ABŞ tələblərinə razı salmaq üçün “həvəsləndirmək” məqsədi daşıyırdı.

Düşmən gəlib İranın su akvatoriyasinda SEPAH gəmilərini vurur və hərbçilərini öldürür, İran isə nəinki cavab atəşi aça bilmir, hətta səsini çıxara bilmir. Belə qalıb tərəf olur?

Dünyada baş verən döyüş əməliyyatları zamanı bir çox biabırçılıqlara və təhqirlərə rast gəlmişik, amma İranın musibəti heç bir çərçivəyə sığmır.

Ədalət VERDİYEV

Bizi izləyin və paylaşın