Bu il qalıb xalqımız iki müqəddəs bayramı bir yerdə qeyd edir. Həm Qurban Bayramımızı, həm də Müstəqillik Günümüzü uzun illərdən sonra ilk dəfə sülh şəraitində qarşılayırıq.
Bu bayramlardan biri birlik, bərabərlik, dostluq, digəri isə Mübarizə, Azadlıq, Müstəqillik və İstiqlaliyyət bayramıdır. Hər iki bayram bir birini çox gözəl tamamlayır. Qalib ölkəmizin qürur yeri olan bütün şəhid ailələri başda olmaqla bütün vətəndaşlarımızın müqəddəs bayramlarını təbrik edirəm, onlara uzun ömür və can sağlığı arzu edirəm.
Qurbanlarınız qəbul olsun, sülh və əmin əmanlıq olsun, uçrəngli bayrağımız daim ən yüksək zirvələrdə dalğalansın, kölgəsi də üstümüzdən heç bir zaman əksik olmasın!
Ədalət VERDİYEV
