“DİLER İNŞAAT” QSC Şuşada 6 bina tikəcək

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi bir gündə iki tenderə yekun vurub.

ELAZ.İNFO xəbər verir ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi bu məlumatla əlaqədar elan olunan nəticələri açıqlayıb.

Məlumatda bildirilir ki, hər iki tenderə əsasən Şuşada 4 mərtəbəli binalar inşa olunacaq. Birinci mərhələdə Şuşa şəhəri, D-5 massivində 1-ci mərhələdə tikintisi nəzərdə tutulan 6 ədəd 4 mərtəbəli yaşayış binası inşa edəcək. Bunun üçün qalib şirkətə 12 milyon 984 min 241 manat ödəniş ediləcək.

İkinci mərhələ isə Şuşa şəhərinin D-5 massivində 8 ədəd 4 mərtəbəli yaşayış binalarının tikinti işlərini əhatə edəcək. Bunun üçün isə qalib şirkətə 24 milyon 76 min 360 manat pul veriləcək.

Məlumat üçün bildirək ki, hər iki tenderin qalibi “DİLER İNŞAAT” QSC olub.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın