İrana qarşı cəbhə böyüyür

ELAZ.İNFO xəbər verir ki, Estoniya Hörmüz boğazına hərbi heyət göndərməyi planlaşdırır.

Estoniya hökuməti Hörmüz boğazına hərbi heyət göndərilməsi imkanını nəzərdən keçirir. Müzakirə olunan variantlar arasında qərargah zabitləri, sualtı robot qrupları və minaaxtaran gəminin göndərilməsi yer alır.

Bu barədə ERR nəşri müdafiə naziri Hanno Pevkurun açıqlamasına istinadla məlumat yayıb.

Nazirin sözlərinə görə, hazırda variantların maliyyə dəyəri və müttəfiqlərin ehtiyacları qiymətləndirilir. Gəmi heyəti seçilərsə, missiyada 40-60 nəfərin iştirakı mümkün ola bilər.

Aydan

Bizi izləyin və paylaşın