ELAZ.İNFO xəbər verir ki, İranda insan haqlarının kobud şəkildə pozulması ilə bağlı daha bir qanlı hadisə baş verib.
Hadisə şahidlərinin sözlərinə görə, avtomobil dayandıqdan sonra da silahlı qüvvələr atəşi davam etdirib. Daha sonra avtomobil yanaraq alovlanıb və içəridəki şəxslərin cəsədləri yanıb.
Məlumatlara görə, hadisə 11 may 2026-cı il tarixində İranşəhrin Sərkehuran bölgəsində qeydə alınıb. Bildirilir ki, ETTELAAT qüvvələri heç bir xəbərdarlıq və ya dayan əmri vermədən hərəkətdə olan avtomobili birbaşa atəşə tutub. Avtomobildə olan dörd nəfər hadisə yerində həyatını itirib.
Qətlə yetirilən şəxslərin Əbdülhəlim Həmli, Nasir Həmli, Macid Həmli və Mənsur Camali olduğu bildirilir. Onların hamısının ailəli və övlad sahibi olduqları qeyd edilir. Məlumata əsasən, həlak olanlardan ikisi qardaş olub.
EMİN Azəri Ərdəbil
