Səfəvilərin “İran kimliyi”nin bir parçası kimi qəbul edilməsi və onların Sasani dövlətçilik ənənəsini yenidən bərpa etdiyi barədə yanaşmalar tarixşünaslıqda müzakirə olunan məsələlərdəndir.
ELAZ.İNFO xəbər verir ki, bu yanaşmanın əsaslandığı iddialardan biri I İsmayılın hakimiyyətə gəldikdən sonra “şah” titulunu qəbul etməsi ilə əlaqələndirilir.
Müasir tarixşünaslıqda “şah” və “şahənşah” – yəni “şahlar şahı” – kimi hökmdarlıq titulları daha çox Sasani dövlətçilik ənənəsi ilə əlaqələndirilir.
Bu yanaşmaya əsasən, Səfəvilərin sözügedən titullardan istifadə etməsi onların Sasani siyasi irsi ilə əlaqəsi barədə fikirlərin irəli sürülməsinə səbəb olub.
Lakin məsələyə dair digər yanaşmada qeyd olunur ki, Sasanilər də bu titulları özlərindən əvvəl mövcud olmuş siyasi və dövlətçilik ənənələrindən götürüblər.
Bu baxımdan, yalnız “şah” titulunun I İsmayıl tərəfindən qəbul edilməsini Səfəvilərin Sasani dövlətçilik ənənəsini birbaşa bərpa etməsinin göstəricisi kimi təqdim etmək məsələnin tarixi-siyasi kontekstinin daha geniş araşdırılmasını tələb edir.
Beləliklə, “şah” titulunun mənşəyi və Səfəvilərin bu tituldan istifadəsi Səfəvilər dövlətinin siyasi kimliyi və onun əvvəlki dövlətçilik ənənələri ilə əlaqəsi barədə müzakirələrin əsas mövzularından biri olaraq qalır.
İlahə BAYINDIR


