ABŞ prezidenti Donald Tramp Oval Ofisdə jurnalistlərin suallarını cavablandırıb. Tramp deyib ki, “İran hazırda yaşamaq üçün mübarizə aparır. Nəzarət bizdədir. Onlar danışıqlar aparmaq istəyirlər, amma oyun oynayırlar. İqtisadiyyatları çökür və ümid edirəm ki, mən qalib gəlmək istədiyim üçün çökəcək. Əsgərlərinə pul ödəyə bilmirlər. Onlar ağıllı hərəkət etməlidirlər; mən gedib insanları öldürmək istəmirəm. İran ağ bayrağı qaldırmalıdır”.
İranın heç bir şansının olmadığını bildirən Tramp əlavə edib ki, “Əgər İran nüvə silahı əldə etsəydi, bu gün heç birimiz burada olmazdıq”.
Tramp Çinə səfəri zamanı Si Cinpinlə də İran məsələsini müzakirə edəcəyini bildirib.
İranın yarı-rəsmi Fars xəbər agentliyi də iki ABŞ ticarət gəmisinin Hörmüz boğazının cənub sularındakı qayalı ərazidə qaldığını bildirib.
İlahə BAYINDIR
