ELAZ.İNFO xəbər verir ki, tanınmış aktyor və teleaparıcı Dmitri Nağıyev Moskvada keçirilən “Böyük şəhərdə forum”da (Форум в большом городе) iştirak edəcək. Layihənin mətbuat xidmətindən verilən məlumata görə, Nağıyev tədbirin ən çox gözlənilən “sirli qonağı” statusunda çıxış edəcək.
Görüşün proqramı interaktiv formatda hazırlanıb. Tamaşaçılar məşhur sənətçiyə onları maraqlandıran sualları birbaşa ünvanlaya biləcəklər: Açıq mikrofon vasitəsilə zaldan verilən suallar cavablandırılacaq. Görüşün gedişatını aktrisa, müğənni və bloqer Maş Milaş idarə edəcək. bForum martın 5-də “VK Video” platforması üzərindən canlı yayımlanacaq. Böyük şəhərdə forum” kreativ sənaye nümayəndələrini, ekspertləri və rəy liderlərini bir araya gətirən genişmiqyaslı platformadır. Tədbirdə 100-dən çox spikerin iştirakı nəzərdə tutulub.
Siyasi və mədəniyyət şərhçiləri Nağıyevin bu forumdakı iştirakını onun uzunmüddətli yaradıcılıq fasiləsindən sonra media məkanına geniş qayıdışı kimi qiymətləndirirlər.
Ruslan MƏMMƏDOV