ELAZ.İNFO xəbər verir ki, OPEK+ sazişinə üzv olan “səkkizlik” ölkələri martın 1-də keçiriləcək görüşdə aprel ayından etibarən neft hasilatının artırılması məsələsini gündəmə gətirə bilərlər. Bu barədə nümayəndə heyətlərindən biri məlumat verib
Mənbənin sözlərinə görə, ölkələr hələlik yekun qərar qəbul etməsələr də, hasilatın səviyyəsinin yüksəldilməsi imkanlarını nəzərdən keçirəcəklər. Reuters agentliyinin məlumatına görə, söhbət hasilatın gündəlik 137 min barrel artırılmasından gedir. Hasilatın və ixracın artırılması Rusiya üçün də əlverişli olaraq qalır, – deyə Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib. OPEK+ “səkkizliyi”nin martın 1-nə planlaşdırılan görüşü aprel ayı üçün hasilat planını müəyyən edəcək. Bu, 3 aylıq fasilədən sonra hasilatın artırılması istiqamətində ilk ciddi addım ola bilər.
Ruslan MƏMMƏDOV