Rusiya Xarici İşlər Nazirliyi İrana hücumu hərbi təcavüz adlandırdı: Təcili atəşkəs tələbi

ELAZ.İNFO verir ki, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatla bağlı sərt bəyanat yayıb. Moskva tərəfləri dərhal vəziyyəti siyasi-diplomatik müstəviyə qaytarmağa və hərbi əməliyyatları dayandırmağa çağırıb.

Rusiya XİN-in bəyanatında ABŞ və İsrailin hərəkətləri “provokasiya olunmamış və əvvəlcədən planlaşdırılmış hərbi təcavüz aktı kimi qiymətləndirilib. Beynəlxalq hüququn pozulması: Hücumların müstəqil və suveren bir dövlətə – BMT üzvünə qarşı yönəldiyi vurğulanır. Qlobal fəlakət riski: Bəyanatda qeyd olunur ki, bu hərəkətlər Yaxın Şərqi humanitar, iqtisadi və potensial radioloji fəlakətə doğru sürükləyir Nüvə obyektlərinin təhlükəsizliyi: MAQATE-nin təminatı altında olan nüvə obyektlərinin bombalanması yolverilməz adlandırılıb.

Moskva beynəlxalq birliyi, xüsusən də BMT və MAQATE rəhbərliyini baş verənlərə obyektiv və kompromissiz qiymət verməyə çağırıb. Agressorların niyyətləri aydındır – özlərinə tabe olmayan dövlətin konstitusiya quruluşunu sarsıtmaq və rəhbərliyini məhv etmək, – deyə Rusiya XİN-in bəyanatında bildirilir.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights