Pul daşıyan təyyarə qəzaya uğradı: 15 nəfər ölüb.

ELAZ.İNFO xəbər verir ki, Boliviya Silahlı Qüvvələrinə məxsus “C-130 Hercules” hərbi nəqliyyat təyyarəsi ölkənin El-Alto şəhərində magistral yola düşərək bir neçə avtomobillə toqquşub. Dəhşətli aviasiya qəzası nəticəsində 15 nəfər həlak olub, 28 nəfər yaralanıb. Hadisə yerindən əldə edilən əsas faktlar bunlardır:

Boliviya Müdafiə Nazirliyinin məlumatına görə, təyyarə Santa-Krus şəhərindən El-Altoyaya uçurmuş. Mülki Aviasiya İdarəsinin ilkin versiyasına görə, təyyarə uçuş-enmə zolağından çıxaraq magistral yola düşüb və hərəkətdə olan avtomobillərlə toqquşub.

👥 Qurbanlar və yaralılar

Səhiyyə naziri Marsela Flores 15 nəfərin öldüyünü, 28 nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri aldığını təsdiqləyib. Yanğınsöndürmə xidmətinin rəhbəri Pavel Tovar bildirib ki, heyətin 8 üzvündən 7-si sağdır və xəstəxanaya yerləşdirilib, 1 nəfər isə itkin düşüb.

Təyyarə Boliviya Mərkəzi Bankı üçün yeni əskinaslar daşıyırdı. Qəza nəticəsində pullar yola dağılıb. Dağılan əskinaslar hələ qeydiyyatdan keçmədiyi üçün hüquqi ödəniş vasitəsi deyil, – deyə Mərkəzi Bankın sədri David Espinosa vurğulayıb. Buna baxmayaraq, hadisə yerinə toplaşan insanlar pulları yığmağa çalışıblar. Polisin müdaxiləsi nəticəsində 12 nəfər pul oğurlamağa cəhd etdiyi üçün saxlanılıb. Nəzarəti bərpa etmək üçün polis gözyaşardıcı qazdan istifadə etməli olub.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights