Gələcəyin Peşəkarları Salyanda Yetişir: Qaynaqçı Tələbələrin İstehsalat Təcrübəsi

ELAZ.İNFO xəbər verir ki, Sübhan Cəbrayılov adına Salyan Peşə Liseyi PHŞ-nin 2025/2026-cı tədris ili üzrə 6 aylıq əl-elektrik qaynaqçı qrupunun istehsalat təcrübəsi uğurla davam edir. Tələbələrin real iş mühitində qazandıqları təcrübə onların peşəkar kimi formalaşmasında mühüm rol oynayır. Təcrübəyə başlamazdan əvvəl liseyin Əməyin mühafizəsi üzrə mühəndisi Aslan Əliyev tələbələrə təhlükəsizlik qaydaları barədə ətraflı məlumat verib. O, qaynaq işlərində sağlam və təhlükəsiz şəraitdə çalışmanın vacibliyini xüsusi vurğulayıb.

Qrup rəhbəri Rəvan Nəcəfov təcrübə müddətində tələbələrin həm peşə bacarıqlarını, həm də istehsalat mühitinə uyğunlaşmasını yaxından izləyir. Liseyin baş ustası Tamerlan Məmmədov isə iş prosesinə nəzarət edərək, tələbələrə peşəkar tövsiyələrini verib və onları motivasiya edib. Bu təcrübə sayəsində tələbələr yalnız qaynaq etməyi deyil, həm də: Əməyin mühafizəsi qaydalarına ciddi riayət etməyi, Komanda şəklində işləməyi, Məsuliyyətli və dəqiq olmağı, Real istehsalat mühitində peşəkar davranış nümayiş etdirməyi öyrənirlər.

“Peşə təhsili – gələcəyin etibarlı təminatıdır!” şüarı ilə irəliləyən lisey rəhbərliyi bugünkü təcrübənin sabahın peşəkar ustalarını formalaşdırdığına inanır.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights