Aİ 20-ci paketi gözləmədən yeni sanksiyalar

Avropa İttifaqı hələ razılaşdırılmamış 20-ci sanksiyalar paketindən kənar, Rusiyanın 8 hüquq-mühafizə və məhkəmə sistemi əməkdaşına qarşı məhdudiyyətlər tətbiq edib. Bu barədə qərar Aİ-nin rəsmi jurnalında dərc olunub.

ELAZ.İNFO xəbər verir ki, Brüsselin “insan haqlarının pozulması” ittihamı ilə hazırladığı “qara siyahı”ya aşağıdakı şəxslər daxil edilib: 2 hakim; 1 prokuror; 1 müstəntiq; Cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarının 4 rəhbəri.

Qeyd olunur ki, bu addım hələ də üzərində müzakirələr gedən və Macarıstanın vetosu ilə üzləşən 20-ci paketə daxil deyil. Sanksiyalar siyahıya düşən şəxslərin Avropa İttifaqı ərazisinə girişinə qadağa qoyulmasını və Avropadakı maliyyə vəsaitlərinin dondurulmasını nəzərdə tutur.

Xatırladaq ki, Aİ-nin daxilində 20-ci sanksiyalar paketi ətrafında ciddi fikir ayrılıqları davam edir və bir çox ekspertlər bu prosesin gecikməsinin Brüssel üçün siyasi imic itkisi olduğunu vurğulayırlar.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın