Farslaşdırılan tarixi Azərbaycan dövləti olan İranda, son hadisələrin səbəbini və bu hadisələrin nəticələrinin necə olacağını təxmin etmək üçün, gərək bu hadisələrə geosiysi müharibələr prizmasından baxaq. Sozsüz ki, bu hadisələr tarixi hadisələrdir. Bu hadisənin əsl mahiyyətini anlamaq üçün gərək mütləq qısa da olsa İran tarixinə qısa nəzər salaq. Məlumdur ki, dünya tarixi müharibələr tarixidir. Bu tarixdə Türk xalqları hər zaman öz rəqiblərindən üstün, aparıcı mövqedə olublar.
Azərbaycan xalqının qurduğu (1795) Qacarlar dövlətinin farslaşdırılması da, (1925) Türk dövlətlərinə qarşı aparılan ümumi siyasətin tərkib tərkib hissəsidir. Bu gün İranda olan millətci rejim əvvəl Rza “şah” simasında, (1925) sonra da “İslam” dövləti (1979) simasında öz varlığını onu yaradan güclər tərəfindən qorunaraq saxlanılır. Bu rejim əvvəl İngiltərənin, 1945 ci ildən isə ABŞ, İngiltərə, qərb güc mərkəzinin təsir zonasında olub və bu gücün geostrateji siyasətinə uyğun xarici siyasət aparıb. O da məlumdur ki, dünyada ikinci güc mərkəzi olan Rusiya İmperiyası da 19 cu əsrin əvvələrindən başlayaraq Qacarlar dövlətinə işğalçı hümuçlar edib. Digər cəbhələrdə oluduu kimi Qacarlar dövləti istiqamətində də İnkiltərə, ABŞ bir-biri ilə rəqib olublar. Onu da yada salım ki, təxminən 60 il əvvəl ABŞ özündə olan bütün istehsal zavodlarını Çinə gətirib bu ölkəni kənd təsərrüfatı ölkəsndən çıxarıb inkişaf etmiş güclü dövlətə çevirdi. ABŞ-ın məqsədi bu olub ki, Çin onun təsir zomamda olsun. Ən azından mənim rəqibim Rusiya ilə müttəfiuq olmasın. İndi qayıdaq 2026-cı ilə İranda baş verən hadisələrə. Bu iki ənənəvi rəqib Qacarlar dövləti üstündə təxminən 130 ildir mübarizə aparırlar. İran Fars dövləti yaradılandan (1925) bu günə qədər dəfələrlə bu İran, ya Rusiyanın ya da ABŞ, İngiltərənin təsiri altına düşüb. Sözsüz ki, İran “dövlət”i hansı güc mərkəzinin təsiri altında olsa, onun da geostrateji siyasətinə uyğun xarici siyasət apararaq bu dövlətin gücünə güc qatır.
Bu gün İranda baş verən hadisələrdə əsas səbəb, İranın əks tərəfə, Rusiyanın təsir zonasına düşüməsidir. Əlavə olaraq Çin də daha tam müstəqil olmaq üçün Rusiya ilə birlikdə İrana hər çür yardım edir. Rusiya siyasi diplomatiyası Çini də, İranı da ABŞ, İngiltərənin əlindən alıb. Bu istiqamətdə Rusiya qalibdir. ABŞ, İngiltərə, qərb bütün vasitələrdən istifadə edərək Ukraynada rəqibini daha çox zəiflətmək istəyir. Rusiyanın geostrateji diplomatiyası yaxşı işlər görərək Şimali Koreya, Çinlə, İranla yaxın müttəfiq ola bilir. Bu vəziyyətdə ABŞ nə etməlidir? O heç baxt özləri üçün yaratdıqları İran adlı “aləti” ən böyük rəqibinə vermək istəmir. Ona görə öz qüvvələrini dönə-dönə götür-qoy edir ki, əgər baş molla Əli Xomeynini razı sala bilməsə hücumun əks təsiri olmasın, ya da az olsun. ABŞ bu günlər yalnız bunu fikirləşir. Rusiya öz varlığını qorumaq üçün İranla tam müstəqil dövlət kimi danışır, Çin və Rusira İranla hərbi təlimlər də edirlər. Belə getsə bu qarşılıqlı didişmənin sonu olmayacaq. İran ya bu, ya da əks tərəfin təsiri altında olacaq. Sonra bu vəziyyət yenə də təkrar olunacaq. 1925 ci ildən bu günə qədər bu hadizə bir neçə dəfə təkrar olunub. Təsəvvür edin ki, İran “Pələng”lə “Ayı”nın ortasında yem kimi qalıb. Yüz ildən çoxdur onu hərə öz tərəfinə çəkmək üstündə dəfələrlə belə qarşıdurmalar olub.
Bu gün mətbuat yazır ki, ABŞ İrana 72 saat baxt verib. Bu 72 saatda nə olacaq? Rusiya İrana deyəcək ki, yaxşı daha uranı zənginləşdirmə? Uzaq mənzilli raketlər sənə daha lazım deyil? Get ABŞ la müttəfiq ol? Ryusiya dörd şərtin heç birinə razı deyil. O İranı yanında bərk saxlayır ki, əsas rəqibini zəiflətsin. Eyni siyasəti Çinlə də aparır. Rusiya geosiyasi diplomatiyası Çinə və İrana ABŞ-ın müstəmləkəçi olduğunu anladır. Heç kim də özünü zəif hiss etmir. ABŞ, İngiltərə, qərb də İranı rəqibinin əlində olmasını istəməyəcək. Ona görə ABŞ öz gücünü dəqiq hesablayır ki, İranı elə hala salsın ki, ona nə Rusiya, nə də Çin kömək edə bilməsin. Bununla da özünə, imicinə xələl gəlməsin. Bunu dəqiq bilən kimi ABŞ dərhal İrana hücum edəcək.
Artıq düz 101 ildir Qacarlar dövlətində öz geosiyasi maraqları üçün İran adlı bir “dövlət” yaradılıb. Xalq da, dövlət də böyük geosiyasi “oyun”karda alət kimi istifadə olunur. Bu millətci rejim mövcud olduqca bu bölgədə və dünyada müharibələr davamlı olaraq təkrarlanacaq. Xalq hər zaman əziyyət içində olacaq. Bu hadisələrə birdəfəlik son qoymaq üçün, İranda dövlət qurmağa haqqı olan, bütün dövlətlərlə, bütün güc mərkəzəri ilə müttəfiq olmağa idrakı, təfəkkürü olan Azərbaycan Türklərinin hakimiyyəti bərpa olunmalıdır! Daha Türkdən xoflanmaq lazım deyil. İranda Türklər bütün İran xalqları ilə, bütün dünya dövlətləri ilə mehriban, tam bərabər hüquqlu siyasət aparmaq əzmindədir. Xarici güclər Azərbaycan Türklərinə İnanmalısız! Əks halda bu güclər bir-birinin üstünə getməklə bir-birini yox edəcək. Dünya belə imperialist müharibələrdən artq bezib! İranda siyasi savadı olan, bütün dövlətlərlə dost, müttəfiq olmaq istəyən, bunu bacaran xalq var, AZƏRBAYCAN TÜRKLƏRİ!
Tahir Ələkbərov