Masallıda Tənha Sakinə Diqqət: İcra Başçısı Tapşırıqların İcrasını Yerində Yoxlayıb

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Öncəqala ərazisində yaşayan tənha vətəndaşın müraciəti əsasında verilən tapşırıqların icra vəziyyəti ilə tanış olub.

ELAZ.İNFO xəbər verir ki, fevralın 18-də Hüseynhacılı kəndində keçirilmiş qəbul zamanı tənha yaşayan Markizə Cahangirovanın müraciəti əsasında onun məişət şəraiti və sosial vəziyyəti araşdırılmışdı. Bu gün rayon rəhbərliyi, idarə və müəssisə rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri ilə birlikdə vətəndaşın yaşadığı ünvana yenidən baxış keçirilib. Baxış zamanı aşağıdakı istiqamətlər üzrə görülən işlər qiymətləndirilib: Vətəndaşın mənzil şəraitinin yaxşılaşdırılması üçün atılan addımlar; Gündəlik təminatın və sosial dəstəyin gücləndirilməsi; Vətəndaşın səhhəti ilə bağlı məsələlərin nəzarətə götürülməsi.

Rayon rəhbərliyi vurğulayıb ki, tənha və həssas kateqoriyadan olan şəxslərin sosial rifahının yaxşılaşdırılması icra hakimiyyətinin prioritet fəaliyyət istiqamətlərindən biridir. Vətəndaş müraciətlərinə bu cür operativ və həssas yanaşmanın davamlı olacağı bildirilib. Sakin Markizə Cahangirova ona göstərilən diqqətə görə ölkə rəhbərliyinə – Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya, eləcə də rayon rəhbərliyinə öz dərin minnətdarlığını ifadə edib.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights