Radikallıq Siyasi Mübarizə deyil: Vaşinqtondakı Təxribata Sərt Reaksiya

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ-yə səfəri zamanı bəzi radikal qrupların törətdiyi hərəkətlər siyasi dairələrdə kəskin etirazla qarşılanıb. Vaşinqtondakı “Waldorf Astoria” mehmanxanasının arşısında baş verənlər ifadə azadlığı deyil, açıq-aşkar radikal ixtişaşçılıq və dövlət rəhbərinin təhlükəsizliyinə qarşı qanunazidd addım kimi qiymətləndirilir.

ELAZ.İNFO xəbər verir ki, bu barədə yayılan bəyanatda hadisənin mahiyyəti və dövlətçilik prinsipləri xüsusi vurğulanıb. Mövqe bildirən tərəflər qeyd edir ki, müxalifətçilik siyasi alternativ təqdim etmək mədəniyyətidir. Dövlət başçısının təhlükəsizliyinə yönəlmiş hər hansı fiziki müdaxilə cəhdi isə siyasi mövqe deyil, birbaşa milli təhlükəsizlik təhdididir. Xüsusilə beynəlxalq tədbirlər çərçivəsində, ev sahibi ölkənin təhlükəsizlik perimetri daxilində törədilən bu cür təxribatlar Azərbaycanın beynəlxalq imicinə zərbə vurmaq cəhdindən başqa bir şey deyil.

“Azərbaycan dövləti və onun rəhbərliyi beynəlxalq platformalarda ölkəmizi təmsil edərkən, hər bir vətəndaş milli maraqları şəxsi və ya qrup ambisiyalarından üstün tutmalıdır. Siyasi mübarizə yalnız hüquqi çərçivədə, sivil və mədəni üsullarla aparılmalıdır.”

Vurğulanıb ki, Azərbaycanın artan diplomatik nüfuzu və beynəlxalq mövqeyi bu cür “ucuz təxribatlarla” sarsıla bilməz. Tarixi təcrübə göstərir ki, radikal üsullar heç zaman nəticə verməyib, əksinə, cəmiyyət tərəfindən qətiyyətlə pislənilib.

Ehtiram Mehtiyev

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights