Tovuzda Regional Müşavirə

Tovuz şəhərində kənd təsərrüfatı bitkiləri və ekosistem üçün ciddi təhlükə yaradan qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirlərinə həsr olunmuş regional müşavirə keçirilib. Tədbirdə bir neçə nazirliyin rəhbərliyi və Qərb bölgəsinin icra başçıları iştirak ediblər.

ELAZ.İNFO xəbər verir ki, müşavirədən əvvəl iştirakçılar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsini ehtiramla yad ediblər.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxışında zərərvericiyə qarşı aparılan fitosanitar monitorinqlərin nəticələrini açıqlayıb. Nazir qeyd edib ki, 2026-cı ilin qışlama dövrü üçün planlaşdırılan işlər uğurla davam edir: 31 rayon üzrə 12 min 630 nöqtə nəzarətdən keçirilib. Artıq 3 minə yaxın ocaqda zərərvericilərin məhv edilməsi prosesi tamamlanıb. Nazir vurğulayıb ki, mübarizənin effektivliyi birbaşa sakinlərin məlumatlılığından asılıdır. Müşavirədə digər rəsmi şəxslər də öz sahələri üzrə hesabat veriblər: Ekologiya Nazirliyi: Nazir müavini Vüqar Kərimov meşəlik və meşəətrafı ərazilərdə sistemli monitorinqlərin aparıldığını bildirib. AQTA: Sədr müavini Balarəhim Quliyev Regional Əlaqələndirmə Mərkəzlərinin fəaliyyəti və görülən qabaqlayıcı tədbirlər barədə məlumat verib. Tovuz, Qazax, Ağstafa, Şəmkir, Samux və Göygöl rayonlarının icra başçıları yerlərdə yaradılan qərargahların fəaliyyətinin gücləndirilməsi ilə bağlı təkliflərini səsləndiriblər.

Qəhvəyi mərmər bağacığı həm kənd təsərrüfatı məhsullarının (xüsusilə fındıq, meyvə və tərəvəz) keyfiyyətini aşağı salır, həm də qış dövründə yaşayış evlərinə dolaraq ciddi diskomfort yaradır. Müşavirədə 2026-cı il üçün daha kəsərli mübarizə planı razılaşdır

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights