ELAZ.İNFO xəbər verir ki, Türkiyədə milyonlarla telefona göndərilən zəzələ xəbərdarlığı xalq arasında geniş panika yaradıb.
Mesajı açan vətəndaşlar xəbərdarlığın 1100 kilometrdən çox məsafədə yerləşən İsrail üçün olduğunu və gözlənilən zəlzələnin 7 bal gücündə olduğunu görüb çox təəccübləniblər.
Bir çox insan xəbərdarlıq mesajının ekran görüntülərini paylaşaraq sosial media paylaşımları vasitəsilə qorxularını ifadə edib.
İlahə BAYINDIR