ELAZ.İNFO xəbər verir ki, Milanda keçirilən Qış Olimpiya Oyunlarında qadınlar arasında hokkey turnirinin finalçıları bəlli olub. Gözlənildiyi kimi, qızıl medallar uğrunda buz üzərində dünyanın iki ən güclü komandası — Kanada və ABŞ qarşılaşacaq
Yarımfinal mərhələsində hər iki komanda inamlı oyun nümayiş etdirib: ABŞ yığması İsveç komandasını darmadağın edərək (5:0) finala vəsiqə qazanıb. Kanada isə İsveçrə təmsilçiləri ilə gərgin mübarizədən qalib ayrılıb (2:1).
Bu, Olimpiya oyunları tarixində Kanada və ABŞ qadın komandalarının ardıcıl beşinci final qarşıdurması olacaq. 1998-ci ildən Olimpiya proqramına daxil edilən qadın hokkeyində yalnız bir dəfə (2006-cı il Turin Olimpiadası) finalda bu iki rəqibdən biri (ABŞ) yer almayıb. İndiyədək keçirilən turnirlərdə Kanada millisi 5 dəfə (2002, 2006, 2010, 2014, 2022), ABŞ yığması isə 2 dəfə (1998, 2018) qızıl medallara sahib çıxıb. Böyük maraqla gözlənilən final qarşılaşması və bürünc medal uğrunda oyun 19 fevral tarixində baş tutacaq. Bütün dünyanın diqqəti Milandakı buz arenasına yönələcək.
Ruslan MƏMMƏDOV