ELAZ.İNFO xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Barak Obama podkastda qonaq idi. Yadplanetlilər mövzusu gündəmə gələndə Obama -“Onlar realdırlar”-dedi.
Obama podkastında aparıcılıq edən Brayan Tayler Koen soruşdu: -“ABŞ prezidenti ilə tez-tez danışmaq şansım olmur, ona görə də bir neçə sualım var. Yadplanetlilər realdırmı?”
Obama cavab verdi: -“Onlar realdırlar, amma mən onları görməmişəm və heç yerdə saxlanılmırlar”.
Podkast aparıcısı Koen həmçinin Obamadan tez-tez sui-qəsd nəzəriyyələrinin mövzusu olan 51-ci Zona haqqında da soruşdu. Obama 51-ci Zona haqqında dedi: “Əgər böyük bir sui-qəsd baş verməsə və bunu ABŞ prezidentindən gizlətməsələr, yeraltı obyekt yoxdur”.
İlahə BAYINDIR