ELAZ.İNFO xəbər verir ki, 14 fevral, NATO-nun baş katibi Mark Rutte Münhen Təhlükəsizlik Konfransında deyir ki, “Mən Patronun gözlərinə baxdım və o mənə dedi ki, biz heç vaxt təslim olmayacağıq”.
Patron Ukrayna Mülki Müdafiə Xidmətinin mayoru Mixaylo İlyevin cek-rassel-teryer cinsindən olan itinin adıdır. Patron pirotexnik kimi yetişdirilib və xidməti zamanı yüzlərlə partlayıcı qurğu aşkar edib. 8 may 2022-ci ildə Zelenski Patronu medalla təltif edib. Elə həmin il it Kannda “Palm Dog” mükafatına layiq görülüb. Rutte Patronla Ukraynaya axırıncı səfəri zamanı 5 fevralda tanış olub (şəkil).
Nə deyim, Ruttenin itlərin dilini başa düşdüyünü bilmirdim, amma bilirəm ki, bu ukraynalıları qaza gətirməyin ən “yüksək” səviyyəsidir.
Asif ŞƏFƏQQƏTOV
Siyasi şərhçi