Qorxaqlıqla “azadlıq” eyni cümlədə dayana bilməz

Mehriban xanım Əliyeva Almaniyada ünvanlanan təxribat xarakterli suala verdiyi qısa və dəqiq cavabla bir daha sübut etdi ki, Azərbaycan qadını nə təzyiq qarşısında geri çəkilir, nə də ucuz manipulyasiyalara alət olur. O cavab təkcə bir replika deyildi, bu, dövlət mövqeyinin, milli ləyaqətin və siyasi iradənin açıq nümayişi idi. Özünü “demokratiya carçısı” kimi təqdim edib vaxtilə səfirlikdə qadın paltarı ilə gizlənən birisinin bu gün mənəviyyat və dəyərlərdən danışması ən azı ironiyadır. Siyasi mövqe cəsarət tələb edir. Qorxaqlıqla “azadlıq” eyni cümlədə dayana bilməz.

Azərbaycan qadını zərif ola bilər, amma zəif deyil. O, ailənin dayağı olduğu kimi, dövlətçiliyin də şərəf simvoludur. Zərif görünüb sərt və prinsipial mövqe ortaya qoymaq, bu, liderlikdir. Bu, milli qürurdur. Bu, kimliyini və dövlətini müdafiə etmə bacarığıdır. Bəzən bir cümlə yetər ki, həqiqət yerini tapsın və maskalar düşsün.

Qürur duyuruq!

Əli İBRAHİMOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights