Ölkədə 23 ilə keyfiyyətli insan kapitalı yarada bilməyən, arxaik TN (ETN) rəqəmsal iqtisadiyyat, süni intellekt dövründə təhsilə dair fövqəladə addımlar atmalıdır. Əks halda ölkədə yaxın gələcəkdə keyfiyyətli kadr çatışmazlığı olacaqdır.
Digər tərəfdən Sİ və Sİ əsaslı distant təhsilin yaradacağı yeni reallıqlar nəticəsində PHŞ olmuş milli universitetlərimizin çox böyük qismi qlobal rəqabətə davam gətirə bilməyəcək və müflisləşəcəkdir.
Təhsildə yarana biləcək bu vəziyyət milli təhlükəsizliyə təhdid olmaqla paralel, sosial- iqtisadi problemlər də yarada bilər.
Bu səbəblərdən ölkədə “Azərbaycan Distant Universitet Platforması” qurulmalıdır ( Milli “Coursera” platforması olaraq).
Bu platforma dövlətin təhsilə dair strateji rəqəmsal infrastrukturu olmalıdır. Platforma aşağıdakı funksiyaları yerinə yetirməlidir.Milli kurs bazası, dövlət sertifikat sustemi, universitetlər üçün vahid LMS, SI mentor sistemi, distant imtahan və proktorinq, rəqəmsal diplom/sertifikat reyestri.
Bu platforma qurulmasa, xarici platformalar Azərbaycan ali təhsil bazarını, universutetlərimizi gələcəkdə tam “udacaq”, çökdürəcəklər.
Süni intellektin və innovativ, mobil tərcümə qurğularının təhsildə yaratdığı yeni reallıq, ali təhsil sistemində fövqəladə vəziyyət yaradır. Bunun nəticəsində təhsil sisteminin köklü transformasiyası qaçılmazdır.
ETN tez bir zamanda müzakirələr aparmalı, çıxış yolları tapmalıdır.
Əks halda bu sahədəki 25 illik durğunluq səbəbi ilə, təhsildə tənəzzül daha da sürətlənəcəkdir.
Bu sahədə bizim bir sıra ciddi təkliflərimiz var. Aidiyyatı qurumlarla geniş müzakirəyə hazırıq.
İlham Əhmədov