” Təhsil sistemində hansı boşluqlar var və bunları necə həll etmək olar?”

ELAZ.İNFO

“Bu sualın cavabı dövlətin təhsil siyasətinin tərkib hissəsidir. Bu məqsədlə dövlət ETN adlı bir nazirlik yaradıb və ona hər il 5 milyard manat büdcə ayırır. Əlavə olaraq dövlət ETN-nin tərkibində 4-5 Agentlik (MÜTDA, EATDA, PTDA, TKTDA v.s.), 1 tədqiqat insitutu (ARTİ), 1 Fond (TİF) və 51 universitet (hansındakı hər il təhsilə dair sistemli tədqiqatlar aparılmalı idi), AMEA-nın ETN-ə qoşulmuş 30-40 tədqiqat institutu da yaradıb. Bütün bunlar azmış kimi bu suala cavab tapmaq üçün ildə bir neçə dəfə ETN qrant layihələri verir (hansının ki, heç bir səmərəsi yoxdur), əlavə olaraq ETN-nin ictimaiyyətdən gizli saxladığı xeyli “möhtəşəm layihələr” maliyyələşir (hansının ki, nə vaxt, harda, kim, necə icra etdiyini, nə nəticələr verdiyini cəmiyyət heç vaxt bilmir). Təhsil cəmiyyəti olaraq bilirik ki, nazir təcrübəsiz vaxtlarında özünü itirib, parlamentdə hesabat verərkən demişdi ki, biz təhsilə dair ildə 700-ə yaxın layihə icra edirik və buna 600 milyon manata yaxın pul sərf edirik. Amma təcrübə qazanandan sonra bu haqda susmağa üstünlük verdi.
Nə qədər ki, ETN dövlətin ona ayırdığı bu resurslardan dövlət maraqları, ictimai mənafe, insan kapitalının inkişafı üçün yox, ayrı-ayrı menecerlərin mənafeyi üçün istifadə edəcək, təhsildəki tənəzzül də bir o qədər davam edəcəkdir.
Amma təhsil menecerləri ölkə prezidentinin təhsil sistemi qarşısında qoyduğu mühüm vəzifələri (insan kapitalının formalaşması) və ETN-nin bu vəzifələri yerinə yetirə bilmədiyi halda ölkənin postneft dövründə ağır duruma düşəcəyi haqda xəbərdarlığını bir an da olsa unutmamalıdırlar. O mərhələyə isə çox az qalıbdır.

İlham Əhmədov

Dosent

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights