Kadr siyasəti…

ELAZ.İNFO

40 yaşımın mənə gətirdiyi təcrübə təəssüratı.

Məlumdur ki, ta orta məktəbdə oxuyandan insan özünə peşə, sənət seçməyə, gələcək karyera yüksəlişi haqqında düşünməyə başlayır. Aradan keçən bu 20-25 ildə mənim üçün heç nə dəyişmədi, əslində Azərbaycanda kadr siyasəti dəyişmədi!

“Vakant yer”, “müsabiqə şərtləri”, “müsahibə mərhələsi”, “müvafiq komissiyanın rəyi” anlayışları nisbi anlayışdır və sanki gözdən pərdə asmaq üçündür. Onsuz da sadaladıqlarım həyata keçirilməmişdən qabaq seçən də, seçilən də məlumdur. Bəzən vakant yerin illərlə boş qalması tender təklifinə bənzəyir, ya “tələblər”ə uyğun namizəd yoxdur, ya da nəzərdə tutduqları namizədin müəyyən prosedur qaydalarına uyğunlaşmasına hazırlıq işləri aparılır.

Bəh-bəhlə seçdiyiniz, cəmiyyətə sırıdığınız namizədlər çox keçmədən (2-3 ay) “özünü yandırır”.
Bəli, bəli! Elə də olmalıdır, çünki qohumbazlıq, yerlibazlıq, tapşırıq, rüşvət və digər ənənəvi yollarla vəzifəyə gələnlərin öz simasını və əsas məqsədini gizlədə bilmədiyini dəfələrlə görmüşük. Görmədiklərimizə gəldikdə isə, bu heç də onların vicdanlı, əqidəli və qərəzsiz işlədiyi anlamına gəlmir. Ola bilsin ki, o ya daha təcrübəlidir, “təlimat” üzrə ən son incəliyinə qədər dəqiq işləyir, alanda və ya verəndə diqqətlidir, “narahat adam” görəndə onu çox incitmir, üstünə çox getmir, “əşşi qoy rədd olsun, yol ver getsin” prinsipi ilə işləyir, ya da el arasındakı məhşur “arxalı köpək qurd basar” məsəlində deyildiyi kimidir.

Roman Tağıyev

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights