İRANIN MİLLƏTCİ REJİMİ TÜRK DÜNYASINA QARŞI YARADILIB!

ELAZ.İNFO

11 Fevral 1979 cu ildə məkirli siyasətlə xarici güclərə xidmət edən Rza “şah” qiyafəsində olan fars millətçi rejiminə, “İslam” qiyafəsində yeni nəfəs verdilər. İran, “İslam” respublikası oldu. Millətçi rejim 54 il Rza “şah” sülaləsi görkəmində, 47 il də molla görkəmində mövcudluğunu saxlayıb. Artıq İran xalqı da, xarici güclər də bu rejimdən beziblər.1925 çi ildə Azərbaycan Qacarlar dövlətində məxməri inqilab edərək bu millətçi fars rejimini yaradan xarici güc olan ABŞ da, İngiltərə də, Rusiya da bu rejimi necə və hansı formada saxlamaq haqqında yəqin ki, düşünürlər. (Əsasən ABŞ, İngiltərə, qərb güc mərləzi) Buna baxmayaraq onlar yenə də, Azərbaycan Türklərinin hakimiyyətlərini bərpa etməsinə razı olmurlar. Çünki, bu rejim nə qədər eybəcər, nə qədər qaniçən, nə qədər etibarsız olsa da, yenə də Azərbaycan Türklərinin 1925-çi ildə əllərindən alınan hakimiyyətlərini bərpa olunmasını istəmirlər. Belə məlum olur ki, Türk xofu hələ də bunların canında qalır. Amma 100 ildə çox şey dəyişib. Bəlkə də Azərbaycan Türklərinin yenidən hakimiyyətlərini bərpa etmək üçün plan çəkilib. Bəlkə də İranın bir neçə dövlətə bölmək üçün də plan çəkilib. Bilmirəm. Bunlar məntiqi düşüncələrlə gələcəkdə ola biləcək hadisələrin ehtimallarıdır. İranda yaşayan 60 milyonluq Türklərin maraqlarını etibarlı qorumaq üçün, Türk Dövlətləri Təşkilatı mütləq qüdrətli Güc mərkəzi səviyyəsinə yüksəlməlidir! Türk dünyası, Türk Dövlətləri və TDT İranda olan hadisələrə, orda milyonlarla Türklərin hüquqlarının pozulmasına biganə qalmamalıdırlar.

Tahir Ələkbərov

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights