Həzrət Peyğəmbər və Uşaq

ELAZ.İNFO

Uşaq ən azı bir böyük insan qədər hörmətə layiqdir! O, ən şərəfli varlıq kimi yaradılmış insan nəslinin bir üzvüdür və hörmətə, ehtirama layiqdir… Əziz Peyğəmbərimizin uşaqlarla münasibəti bizim üçün ən gözəl nümunədir. Peyğəmbərimiz uşaqları görəndə onlara diqqət göstərmədən keçməzdi. Onlara salam verər, hal-əhval tutardı. Onları da maraqlandıran məsələlərdə fikirlərini alar, qərarlarına hörmət edərdi. Onlara ikram edər, bərəkətli ömürlər üçün dua edər, qucağına alıb öpərdi. Bir uşağı İslam dəvətinin ünvanı sayacaq, ona bağlılıq andı içənlər arasına daxil edəcək qədər onu ciddiyə alardı, dəyər verərdi. Çünki yalnız muhatab alınan, duyğuları önəmsənən, fikirləri dinlənilən bir uşaq, vermək istədiyimiz gözəl əxlaqın könüllü qəbul edəni olar. Əziz Peyğəmbərimizin nəvələri ilə gülüb-oynadığını, onları möhkəm qucaqlayıb öpdüyünü, kürəyinə alıb gəzdirdiyini, hətta namaz qılarkən və xütbə oxuyarkən onları qucağına oturtduğunu, sevgi dolu dualarla böyütdüyünü bilirik. Gözəl duyğularını övladından gizlədən, gördüyü yaxşı davranışları təqdir etməyib susan, sevmək bir yana, döyən bir ata, peyğəmbərlərin nümunəvi davranışından nə qədər pay ala bilər ki?

Ali Kamal Maboçoğlu

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights