Əliağa Kürçaylı: Şeirimizin “Barlı Budağı”

ELAZ.İNFO xəbər verir ki,Əliağa Kürçaylı Azərbaycan ədəbiyyatında sadəcə bir şair deyil, həm də mahir bir dramaturq və tərcüməçi kimi iz qoyub. Rəsul Rzanın da qeyd etdiyi kimi, o, şeirimizin ən uca və barlı-bəhərli budaqlarından biri idi. 1928-ci ildə Salyanın Kür Qaraqaşlı kəndində doğulub. Bu torpağın ruhu onun bütün yaradıcılığına sirayət edib. O, ədəbi mühitdə ən sərt tənqidçilərin və nəhəng şairlərin olduğu bir dövrdə özünəməxsus səsini tapmağı bacarıb. Onun poeziyası dərin lirizm, vətənpərvərlik və insan mənəviyyatına baxışla zəngindir.Təkcə lirik şeirləri ilə deyil, həm də dram əsərləri və dünya ədəbiyyatından etdiyi uğurlu tərcümələrlə (məsələn, Sergey Yeseninin şeirləri) tanınır. 11 fevral 1980-ci ildə vəfat etsə də, əsərləri bu gün də oxunur və sevilir. Əliağa Kürçaylı bir şair kimi dünənin, bu günün deyil, sabahın da ən böyük şairlərindən biri olaraq daima yaşayacaqdır. Şairin xatirəsi qəlbimizdə, misraları isə dilimizdə hər zaman yaşayacaq. Allah rəhmət eləsin!

Əli SƏLİM

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights