ElAZ.İNFO xəbər verir ki, 2026-cı ilin ilk aylarında aparılan beynəlxalq elmi araşdırmalar sağlamlıqla bağlı bir çox köhnə təsəvvürləri alt-üst edir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və aparıcı universitetlərin son hesabatlarına əsasən, gündəlik vərdişlərimizdə edəcəyimiz kiçik dəyişikliklər ömrümüzü bir neçə il artıra bilər.
Son tədqiqatlar göstərir ki, günorta saatlarında edilən qısamüddətli yuxu (15-30 dəqiqə) sadəcə istirahət deyil: Müntəzəm gündüz yuxusu infarkt riskini 37% azaldır. Beynin məlumat emalı sürətini artırır və Alzheimer riskini aşağı salır. Mütəxəssislər bunu orqanizmi bərpa edən “təbii dopinq” adlandırırlar.
Fevral ayında yayımlanan hesabatlarda stressin sadəcə psixoloji problem olmadığı, onkoloji xəstəliklərin yaranmasında birbaşa tetikleyici rol oynadığı vurğulanır. Stress hormonu olan kortizolun yüksək olması hüceyrələrin yenilənmə prosesini ləngidir. ÜST-ün məlumatına görə, xərçəng hallarının 40%-i profilaktik tədbirlər və həyat tərzinin dəyişdirilməsi ilə önlənə bilər.
Maraqlıdır ki, 2026-cı ilin laboratoriya araşdırmaları bir çox qədim üsulların doğruluğunu sübut edib Yatmazdan əvvəl içilən bu qarışığın tərkibindəki triptofan serotonini (xoşbəxtlik hormonu) artıraraq dərin yuxunu təmin edir. Səhərlər acqarına içilən bəzi təbii qarışıqların (limonlu su, bitki çayları) metabolizmi sürətləndirərək ömrü 2 ilə qədər uzada bildiyi iddia edilir
Mütəxəssislər bildirir ki, bu ilin əsas şüarı Holistik Sağlamlıq-dır. Yəni, sadəcə fiziki deyil, həm də emosional və rəqəmsal sağlamlıq (ekran asılılığından uzaq durmaq) ön plana çıxır.