Salyan rayon Çuxanlı tam orta ümumtəhsil məktəbində Salyan Rayon İcra Hakimiyyətinin, Şirvan- Salyan Regional Təhsil İdarəsinin Salyan rayonu üzrə Təhsil sektorunun, Şirvan – Salyan Regional Gənclər və idman İdarəsinin Salyan rayonu üzrə Gənclər və idman sektorunun, Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının, Salyan Regional “Asan Xidmət” Mərkəzinin birgə təşkilatçılığı ilə “Erkən nikah və yarımçıq təhsil” adlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə çıxış edənlər -Salyan rayon İcra Hakimiyyəti aparatının Ərazi təşkilat və İctimai -siyasi məsələlər şöbəsinin İctimai -siyasi və humanitar məsələlər sektorunun aparıcı məsləhətçisi, Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla və ailələrlə iş üzrə məsləhətçi -psixoloqu Sevinc Səmədova, YAP Salyan rayon təşkilatının məsləhətçisi Vüqar Ağayev, Şirvan -Salyan Regional Gənclər və idman İdarəsinin Salyan rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Elmar Əbilov, baş məsləhətçisi Fariz Sadıqlı, Salyan Regional “Asan Xidmət” Mərkəzinin baş məsləhətçisi, hüquqşünas Güllüzar Rüstəmli, Salyan rayon Uşaq – Gənclər İnkişaf Mərkəzinin müdiri Yeganə Cəfərova, “Ziyalılar” İctimai Birliyinin sədri Allahverdi Piriyev, ETİHİ Salyan rayon komitəsinin məsləhətçisi Təranə Səmədova, Çuxanlı kənd həkim məntəqəsinin müdiri, pediatr Gülşən Dadaşova və məktəbin təşkilatçısı Sevinc Həsənova erkən nikahın valideynlərin təzyiqi, ailədə maddi vəziyyətin çətin olması və ya hər hansı digər səbəblərdən baş verməsindən asılı olaraq ciddi narahatlıq doğuran bir məsələ olduğunu bildirmişdirlər. Erkən nişanlanma qızların bir çox halda Konstitusiyada təsbit edilmiş təhsil almaq, əmək, öz şəxsi həyatı ilə bağlı digər qərarlar qəbul etmək kimi hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bir çox halda erkən nikah yaşda nişanlanmış qızlar təhsildən yayınır, gələcəkdə təhsilə, o cümlədən karyera ilə bağlı planları realizə etmək hüquqlarından məhrum edilirlər. Sonda tədbir iştirakçılarının sualları cavablandırılmış və mövzu ilə bağlı bukletlər paylanılmışdır.
Ruslan MƏMMƏDOV