Tver vilayətində PUA hücumundan sonra yaranan yanğın söndürülüb

ElAZ.İNFO verir ki, Rusiyanın Tver vilayətinin Konakovo dairəsində yerləşən müəssisələrdən birində pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində yaranan yanğın tamamilə ləğv edilib. Fövqəladə Hallar Nazirliyinin çevik xidmətləri ərazidəki açıq yanğını söndürməyə nail olublar.

Vilayət qubernatorunun vəzifəsini icra edən Vitali Korolyov öz “Telegram” kanalında hadisə ilə bağlı son məlumatları paylaşıb. O bildirib ki, gecə saatlarında PUA hücumunun dəf edilməsi zamanı baş verən yanğın artıq nəzarətə götürülüb:

Əməliyyat xidmətləri tərəfindən Konakovo dairəsindəki müəssisədə baş verən açıq yanğının söndürülməsi barədə məlumat verilib. Xoşbəxtlikdən xəsarət alan yoxdur və müəssisənin istehsalat sahəsinə ciddi ziyan dəyməyib.

Xatırladaq ki, bundan əvvəl Tver vilayətində baş vermiş iki ayrı yanğın hadisəsində dörd nəfərin həlak olduğu barədə məlumat verilmişdi. Hazırda bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights