Bakıda 6 Fevral zəlzələsinin anım mərasimi keçirilib

ElAZ.İNFO xəbər verir ki, 6 fevral 2026-cı il tarixində Bakıda Türkiyədə baş vermiş dəhşətli zəlzələnin ildönümünə həsr olunmuş genişmiqyaslı anım tədbiri keçirilib.:”Bir millət, iki dövlət” birliyi nümayiş olunub. Mərasimdə rəsmi şəxslər, diplomatik korpusun nümayəndələri və ictimaiyyət fəalları iştirak ediblər.

Tədbirdə çıxış edən rəsmilər Azərbaycanın həmin çətin günlərdə göstərdiyi qardaşlıq köməyini və bərpa prosesindəki aktiv iştirakını xüsusi vurğulayıblar. Bildirilib ki, Azərbaycan tərəfindən Kahramanmaraşda inşa edilən yaşayış kompleksi və sosial obyektlər artıq tam istifadəyə verilib. 2026-cı ilin əvvəlinə olan məlumata görə, Azərbaycanın fəlakət bölgəsinə etdiyi ümumi investisiya və humanitar yardımların həcmi 100 milyon dolları keçib.

Görüş çərçivəsində gələcəkdə baş verə biləcək təbii fəlakətlərin qarşısının alınması və operativ idarə edilməsi məqsədilə yaradılan “Türk Dövlətləri Təşkilatı Mülki Müdafiə Mexanizmi”nin əhəmiyyəti bir daha diqqətə çatdırılıb.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights