ELAZ.İNFO xəbər verir ki, yayımlanan Epşteyn sənədlərinə görə, onun adasında ABŞ-ın azı 3 sabiq prezidenti və İsrailin azı 1 aktual baş naziri olub. ABŞ və İsrail kimi ölkələrin 1-ci şəxsləri gizli saxlanması nəzərdə tutulan tədbirdə və məkanda necə iştirak edə bilərdilər?
Dövlətin müvafiq təhlükəsizlik xidməti həmin məkan, məkanın sahibi, keçirilən tədbir, tədbirdə iştirak edəcək adamlar və sairə haqqında tam məlumat əldə etməli və onları ciddi şəkildə yoxlamalıdır. Bu zaman tədbirin təşkilatçısının bütün bioqrafiyasını öyrənilir. Nəzərə alsaq ki, adada sıradan bir tədbir keçirilmirdi, yoxlama da sıradan yoxlama olmamalı, tədbir təşkilatçısı xüsusi xidmətlərdə sonsuz etibar qazanmış adam olmalı idi…
Görəsən, Cefri Epşteyn hansı ölkənin agenti idi? Daha doğrusu, bu tədbirlərin əsl təşkilatçısı hansı ölkənin kəşfiyyat xidməti idi ki, ona belə etibar edirdilər?
Ritorik sualdır, yəqin.
Asif ŞƏFƏQQƏTOV
Siyasi şərhçi