“Miss Rusiya 2022” qaçırıldı və zorakılığa məruz qaldı

Dünya şöhrətli turizm mərkəzi olan Bali adası bu dəfə ağır cinayət xəbəri ilə gündəmə gəlib. “Miss Rusiya 2022” titulunun sahibi Anna Linnikova İndoneziyada hücuma məruz qaldığını və qaçırıldığını açıqlayıb.

ELAZ.İNFO xəbər verir ki, Tanınmış model sosial media hesabında başına gələn dəhşətli anları izləyiciləri ilə bölüşüb. Linnikovanın sözlərinə görə, bir nəfər onu zorla villasına apararaq orada həbs edib:

Bu gün bütün günümü polis idarəsində keçirmişəm. Burada bir nəfər məni zorlamağa cəhd etdi. O, məni zorla villada saxladı, telefonumu əlimdən aldı və mənə qarşı zorakılıq etməyə çalışdı. Çox şükür ki, özümü müdafiə edə bildim və oradan qaçdım. Amma yaşadığım bu hadisə mənə ağır mənəvi zərbə vurdu.”

Model artıq polisə rəsmi şikayət etdiyini və həmin şəxsin ya 10 illik deportasiya edilməsini, ya da həbs olunmasını tələb etdiyini bildirib.

Linnikova bu hadisənin onun başına gələn ilk zorakılıq halı olmadığını da vurğulayıb. O, 17 yaşından bəri kişilərin ona yalnız cinsi obyekt kimi baxmasından və şəxsi həyatını qura bilməməsindən şikayətlənib: “Heç kim mənim təhsilim, tərbiyəm və daxili dünyamla maraqlanmır. Hamı yalnız fiziki yaxınlıq istəyir, bu isə məni dərindən üzür,” – deyə o əlavə edib.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights