Venesuela neftdən 300 milyon dollar gəlir əldə edib

ELAZ.İNFO xəbər verir ki, Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigez neft satışının ölkəyə 300 milyon dollar gəlir gətirdiyini bildirib.

Karakasda keçirilən tədbirdə dövlət televiziyası VTV-yə danışan Rodrigez Vaşinqton administrasiyasının Venesueladan 500 milyon dollarlıq neft satışından danışıb.

Rodrigez xam neft satışından ilk ödənişin Venesuela Mərkəzi Bankına çatdığını bildirərək deyib: “İlk 500 milyon dollardan 300 milyon dolları ölkəyə daxil olub. Bazarın gücləndirilməsi və iqtisadi sabitliyin təmin edilməsi istiqamətində davamlı irəliləyiş əldə edirik”.

O, əlavə edib ki, onlar inflyasiya və valyuta bazarındakı dalğalanmalara qarşı tədbirlər görüblər və ölkəyə xarici valyuta axınının davam edəcəyini qeyd edib.

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights