Miçiqan ştatında magistral yolda 100-dən çox avtomobil toqquşub
ELAZ.İNFO xəbər verir ki, kütləvi qəza ştatın qərb hissəsində I-196 şossesində baş verib. Güclü qar yağdıqdan sonra yol buz bağlayıb, görüntü, demək olar ki, itib – bu da zəncirvari qəzaya səbəb olub.
KİV-in məlumatına görə, onlarla insan yaralanıb. Magistral yol tamamilə bağlanıb, xilasedicilər və yol xidmətləri nəqliyyatın hərəkətini bərpa etməyə çalışırlar.
Asif ŞƏFƏQQƏTOV
Siyasi şərhçi