Saxta arayış satan həkim ifşa olundu: İstintaq Komitəsindən “narkodispanser” əməliyyatı

Astraxan vilayətinin Axtubinsk rayonunda ağ xalatın nüfuzunu rüşvətə satan həkimin qanunsuz əməlləri ifşa olunub. Narkoloji dispanserin həkimi cütlükdən aldığı pul qarşılığında onlara “təmiz” keçmiş bəxş etmək istəsə də, planı İstintaq Komitəsinin divarlarına çırpılıb.

ELAZ.İNFO xəbər verir ki, İstintaqın əldə etdiyi reallıqlar heç də ürəkaçan deyil. Həkim öz xidməti vəzifəsindən sui-istifadə edərək, bir ailə cütlüyünə heç bir analiz götürmədən, heç bir laborator müayinə aparmadan “təmizdir” sənədi verib. Kimyəvi-toksikoloji araşdırmaların nəticələrini saxtalaşdıran tibb işçisi, əslində cəmiyyət üçün böyük təhlükə yaradan şəxslərin narkotik asılılığının olmadığını rəsmiləşdirib.

Həkimin bu “rahat qazanc” yolu çox sürməyib. Regional İstintaq Komitəsi və Daxili İşlər Nazirliyinin İqtisadi Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin detektivləri birgə əməliyyatla “xeyirxah” həkimin fəaliyyətinə nöqtə qoyublar.

Müstəntiqlər həm “xırda rüşvətxorluq”, həm də “vəzifə saxtakarlığı” maddələri ilə cinayət işi başladılıb. İndi bu həkim təkcə iş yerini və tibbi fəaliyyət lisenziyasını deyil, həm də azadlığını itirmək təhlükəsi ilə üz-üzədir.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights