Daha hansı fakt lazımdır?

ELAZ.İNFO maraqlı bir müsahibəni Sizə təqdim edir:

BBC jurnalisti:

Siz dəfələrlə və birmənalı şəkildə bildirmisiniz ki, Vladimir Putinin suveren Ukraynaya hücumu düzgün deyil. Bəs Prezident Trampın suveren Venesuelaya hücumu haqqında nə deyə bilərsiniz?”

Britaniyanın baş naziri Kir Starmer sualdan qaçmaq istəyir, lakin jurnalist sualında təkid edir.

Starmer:

– Hazırda vəziyyət sürətlə dəyişir. Bilmədiyimiz çox şeylər var. Mən əvvəl bütün faktları əldə etmək istəyirəm, hazırda isə bizdə hadisənin tam mənzərə yoxdur. Böyük Britaniya bu əməliyyatda iştirak etməyib. Mən prezident Trampla, müttəfiqlərimizlə danışmalıyam. Mən sualdan qaçmıram – ömrüm boyu beynəlxalq hüququn və beynəlxalq hüquqa hörmətin tərəfdarı olmuşam, amma bütün faktlara sahib olduğundan əmin olmaq istəyirəm. İndi onlar əlimizdə deyil və atdığımız hərəkətlərin nəticələri barədə qərar verməzdən əvvəl onları əldə etməliyik.”

Axı ölkəyə hərbi təcavüz olunub, prezidenti oğurlanıb, 100-ə yaxın adam öldürülü… Daha hansı fakt lazımdır?

Rusiya 24 fevralda Ukraynaya hücum edəndə bəs niyə sizə bütün faktları toplamaq üçün vaxt lazım olmadı – elə həmin gün bütün NATO ölkələri videokonfrans formatında toplaşıb, təcavüzü kəskin pislədi və dərhal əks tədbirlər görmək üçün qərar qəbul etdi?

Hadisədən 10 gün keçdi, Tramp Venesuelanı öz müstəmləkəsi edəcəyini dəfələrlə açıq bəyan etdi, lakin Starmer və başqa demokratiya “liderləri” hələ də fakt toplayırlar.

Asif ŞƏFƏQQƏTOV

Siyasi şərhçi

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights