Ermənilərin dünyada birinci nifrət etdikləri millətlərdən birincisi kürdlərdi. Hətta Daşnaksütyun partiyasının nizamnaməsi bu cümlələr ilə başlayır:
“Harda kürd və türk gördün öldür”
Səbəb?
Erməni cəmiyyətində belə bir inanc var ki, kürdlər olmasaydı, Osmanlı erməniləri o qədər böyük “itki” verməzdilər. “Həmidiyyə qırğınları” barədə Ermənistan dərsliklərində yazılır ki, “həmin dövrdə kürdlər erməni kəndlərinə hücum edərək talanlar törətmişdilər”. Əlbətdə ki, böhtandır və bunun kökündə başqa bir faktor durur.
Dünyanın son iki yüz ildə apardığı regionda siyasətdə ermənilərin canfəşanlıq etməsinə baxmayaraq güclü dövlətlər kürdlərə daha önəm verir, erməniləri isə ikinci plana atırlar. Buna görə də erməni idealoji və odlu silahı ilk kürd millətinə qarşı yönəlib:
Rusiya Dövlət Hərbi Tarix Arxivində olan sənədlərdən qeydlər:
“1914-cü il Sarıqamış məğlubiyyətindən sonra rus orduları Türkiyəni işğal edəndə ermənilər 1915-1918-ci illər arasında Türkiyənin şərq vilayətlərində 600.000- dən çox kürdü qətlə yetirdilər”.
O dövrü təsvir edən hadisələr zamanı regionda olan Corc Mason adlı ingilis mayor yazır:
“Rus qoşunları arasında olan erməni dəstələri bu vilayətdə 5000 kürd kişiləri, qadınları və uşaqları qırdılar; süngü ilə onları sürü kimi yüksək Rovanduz qayalarının zirvəsinə qovub oradan uçuruma itələdilər. Böyük qruplarla gəzərən ermənilər kürd kəndləri qarət edir və kürd qadınları zorlayırlar”
1928-ci ildə Rusiyada nəşr edilən “Böyük Zaqafqaziya” adlı jurnalın 910-cu sayında, səhifə 65-66-da erməni müəllif A.B. Karinyanın “Erməni millətçi cərəyanlarının xarakteristikası” məqaləsi dərc edilir. Həmin məqalədə müəllif yazır:
“Vəhşiləşmiş erməni dəstələri qeyri-xaçpərəst əhalini qırmaqla məşğul idilər. Daşnaksütyun partiyasının planına əsasən, ermənilər dinc türk və kürd əhalini qırmaqla ərazini təmizləməklə məşğul idilər. Bunlar rus ordusunun gözləri qarşısında baş verirdi və onların narazılığını qazanırdı. Biz nə qədər çalışsaq ki, dinc əhaliyə heç nə olmasın, Daşnaksütyun fəalları türk və kürdlərə qarşı amansız vəhşiliklər edirdilər”.
1896-cı ilin mayında Van vilayətindəki ingilis konsulu mayor Vilyams yazırdı:
“Erməni inqilabçıları kürdlərin üzərinə hücum etmiş, meyitləri dəhşətli dərəcədə təhqir edərək eybəcər hala salmışlar.”
Qraf L.H. Bolxovitinov 1915-ci ildə hazırladığı hesabatda ermənilərin kürdlərə qarşı etdiyi vəhşiliklərin rus ordusunun nüfuzuna xələl gətirdiyini bildirmişdi.
İranlı hərbçi və diplomat “Kürdlər” adlı kitabında 1915–1918-ci illərdə erməni birləşmələrinin Van və Urmiya gölü ətrafında kürd əhalisinə qarşı “etnik təmizləmə” apardığını yazmışdır.
Filip Prays “Manchester Guardian” qəzetinin müxbiri kimi 1915-1916-cı illərdə Qafqaz cəbhəsində olmuş ingilis jurnalist və siyasətçidir. O, “War and Revolution in Asiatic Russia” kitabında yazırdı ki, ermənilər rus ordusunun himayəsi altında kürd kəndlərinə girərək “qisas əməliyyatları” keçirirdilər. O, şahidi olduğu mənzərələri təsvir edərək, ermənilərin “keçmişin acısını mülki kürdlərdən çıxdığını” bildirirdi.
ABŞ dövlət tərəfindən bölgəyə göndərilən kapitan Niles və Sutherland hesabatı hazırda konqresinin kitabxanasında saxlanılır. Şəxsən özüm orda olanda oxumuşam və orda “ermənilər çəkildikləri hər yerdə kürd kəndlərini tamamilə yandırıb, əhalini qılıncdan keçiriblər” sözlərini hər kəs gedib sifariş verib hesabatı oxuya bilər.
Burada eyni zamanda o dövrdə Osmanlıda konsul olan Lesli Devisin “The Slaughterhouse Province” hesabatına da baxa bilər. Orda yazılır:
“Erməni üsyançıları dağlara çəkilərək yerli kürd kəndlərinə hücum edir, onları talayır və öldürürlər”
Əlavə olaraq da “867.00” nömrə ilə arxivdə saxlanılan sənədlərə baxa bilərsiniz və orda Osmanlı və Güney Azərbaycanda kürdlərə edilən qətliamlar barədə ABŞ-a göndərilən məktubları oxuya bilərsiniz.
Bu günün özündə belə Ermənistanın ən böyük strateji hədəfi ölkədə yaşayan yezidiləri kürd kimliyindən tamamilə qoparmaqdır.Ermənistan dövləti rəsmi olaraq “yezidi” və “kürd” ifadələrini iki ayrı xalq kimi qeydiyyata alıb. Məktəblərdə yezidilərə “siz kürd deyilsiniz, ayrı bir xalqsınız, diliniz də kürd dili deyil, yezidicedir” fikri aşılanır.Ermənistandakı yezidi dərsliklərində kürd hərflərindən deyil, rus və ya erməni əlifbasından istifadəyə üstünlük verilir ki, bu da onları kürd mədəniyyətindən uzaqlaşdırmaq planının bir hissəsidir.
Bir sözlə ermənilər üçün kürd milləti ərazi iddiaları ilə çıxış edə biləcək potensial bir gücü ifadə etdiyi üçün yezidilərin bir xalq kimi siyasi şüurunun oyanmasına və kürd dünyası ilə inteqrasiyasına hər vəchlə mane olurlar.
Bu tarixdir, bunu danmaq olmaz. Kürd xalqı gərək öz keçmişlərini unutmasınlar
Zaur Əliyev
Prof. Dr.