“Şərt deyil ki, hamı Bakıya gəlsin”

Prezidentdən tarixi müsahibə: “Şərt deyil ki, hamı Bakıya gəlsin”

ELAZ.İNFO xəbər verir ki, yanvarın 5-də Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına geniş müsahibə verib. Dövlət başçısı müsahibəsində ölkənin hərbi qüdrətindən paytaxtın infrastrukturuna qədər bir çox mühüm mövzulara toxunub.

Azərbaycan 20 ölkəyə silah satır Prezident İlham Əliyev Azərbaycanın müdafiə sənayesindəki uğurlarından bəhs edərək bildirib ki, hazırda ölkəmiz 20-yə yaxın ölkəyə hərbi təyinatlı məhsullar ixrac edir. Ötən il ölkədə 1,4 milyard manat dəyərində hərbi məhsul istehsal olunub ki, bu da hərbi gücümüzün və iqtisadi müstəqilliyimizin göstəricisidir. Paytaxtın gələcək inkişafı ilə bağlı danışan dövlət başçısı maraqlı bir tezis irəli sürüb: “Şərt deyil ki, hamı Bakıya gəlsin”. O qeyd edib ki, hazırda azad edilmiş ərazilərdə, xüsusilə Xankəndi və Ağdam kimi şəhərlərdə yaradılan şərait insanların ora axınını təmin edəcək. Bakının tıxac probleminin həlli üçün isə yaxın 5 il ərzində 10 yeni metro stansiyasının, çoxsaylı tunel və körpülərin tikintisi nəzərdə tutulur. Prezident məmurların fəaliyyətinə də toxunaraq bildirib ki, dövlət tərəfindən ayrılan vəsaitlərin səmərəli istifadəsinə nəzarət gücləndiriləcək. Populizmdən uzaq durmağın vacibliyini vurğulayan ölkə rəhbəri, hər bir vəzifəli şəxsin xalqa xidmət etməli olduğunu bir daha xatırladıb.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights