Vitse-prezidentin evinə hücum

Vitse-prezidentin evinə hücum: Şübhəli şəxs saxlanıldı

ELAZ.İNFO xəbər verir ki, ABŞ-ın vitse-prezidenti Cey Di Vensin Ohayo ştatının Sinsinnati şəhərindəki şəxsi iqamətgahına hücum edilib. Yanvarın 5-nə keçən gecə baş verən hadisə zamanı naməlum şəxs evin pəncərələrini çəkiclə sındıraraq içəri daxil olmağa cəhd göstərib.

Məxfi Xidmət (Secret Service) tərəfindən saxlanılan şəxsin 26 yaşlı Uilyam Defur (William Defoor) olduğu müəyyən edilib. Məlumata görə, o, evə yaxınlaşmazdan əvvəl həyətdəki xidməti avtomobillərdən birinə də zərər yetirib. Şübhəli şəxs artıq federal ittihamlarla — hökumət əmlakına zərər vurma və federal zabitlərə müqavimət göstərmə maddələri ilə üz-üzədir. Hadisə zamanı vitse-prezident və ailəsi evdə olmayıb. Cey Di Vens “X” (keçmiş Twitter) hesabında hadisəyə reaksiya verərək bildirib: “Ailəmizin mənzilinə edilən hücumla bağlı xoş arzularını çatdıran hər kəsə təşəkkür edirəm. Görünür, hansısa ruhi xəstə pəncərələri çəkiclə sındıraraq içəri girməyə çalışıb. Məxfi Xidmətə və Sinsinnati polisinə çevik reaksiya verdikləri üçün minnətdaram.”Mütəxəssislər bu hadisənin Venesuela əməliyyatı və ABŞ-dakı gərgin siyasi mühitlə əlaqəli olub-olmadığını dərindən araşdırırlar. Hazırda vitse-prezidentin evinin ətrafında mühafizə tədbirləri ən yüksək səviyyəyə qaldırılıb.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights