ELAZ.İNFO xəbər verir ki, ABŞ-ın Venesuelada həyata keçirdiyi “Mütləq Qətiyyət” əməliyyatının kriminal təfərrüatları bəlli olmağa başlayıb. “The New York Times”ın yaydığı son məlumata görə, Karakasda baş verən hərbi toqquşmalar və raket zərbələri nəticəsində həlak olanların sayı 80 nəfərə çatıb. Ölənlər arasında həm hərbçilərin, həm də mülki şəxslərin olduğu bildirilir.Hazırda ABŞ-da saxlanılan Nikolas Maduroya qarşı irəli sürülən ittihamlar isə kifayət qədər ağırdır. Nyu-York federal məhkəməsinin hazırladığı ittihamnamədə Maduro aşağıdakı cinayətlərdə günahlandırılır: Narkoterrorizm: On illərlə ABŞ-a tonlarla kokain idxalını təşkil etmək; Qanunsuz silah dövriyyəsi: Terror qruplaşmalarını ağır silahlarla təmin etmək; Korrupsiya və çirkli pulların yuyulması. Xarici KİV-lərin məlumatına görə, əgər bu maddələr məhkəmədə sübuta yetirilərsə, ABŞ qanunvericiliyinə əsasən Nikolas Maduronu edam cəzası gözləyə bilər. Artıq Maduronun oğlu da ittiham olunanlar siyahısına daxil edilib.
Ruslan MƏMMƏDOV