Bayaram sevinci yoxsa peşmançıliq?

Bayram sevinci faciəyə çevrilməsin – Pirotexnika qadağası qüvvədədir!

ELAZ.İNFO xəbər verir ki, 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində ictimai asayişin qorunması və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə pirotexniki vasitələrdən istifadəyə nəzarət gücləndirilib. Qanunsuz satış və istifadəyə görə ciddi cərimələr gözlənilirMövcud qanunvericiliyə əsasən, mülki dövriyyəsi məhdudlaşdırılan pirotexniki məmulatların (partlayıcılar, fişənglər, “çatpartlar”) ölkəyə qanunsuz gətirilməsi, satışı və paytaxt küçələrində istifadəsi qəti qadağandır. Daxili İşlər Nazirliyinin (DİN) müvafiq qurumları tərəfindən həyata keçirilən reydlər zamanı bu qaydaları pozan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə ciddi cərimə sanksiyaları tətbiq olunur.Mütəxəssislər xəbərdarlıq edir ki, sertifikatlaşdırılmamış pirotexniki vasitələr aşağıdakı riskləri yaradır:Yanğın təhlükəsi: Balkonlara və ya avtomobillərin üzərinə düşən qığılcımlar qısa müddətdə yanğına səbəb olur.Ağır xəsarətlər: Xüsusilə uşaqların əllərində partlayan vasitələr geri dönməz fiziki travmalara və yanıqlara yol açır. Yüksək səsli partlayışlar azyaşlı uşaqlar, yaşlılar və ürək xəstəliyi olan şəxslər üçün kəskin stress mənbəyidir.Biz, ELAZ.İNFO kollektivi olaraq vətəndaşlarımızı bayramı təhlükəsiz şəraitdə keçirməyə, qanunsuz satılan partlayıcı vasitələrdən uzaq durmağa çağırırıq. Unutmayın ki, ən gözəl atəşfəşanlıq dövlət tərəfindən mütəşəkkil qaydada təşkil olunan və təhlükəsizliyinə zəmanət verilən rəsmi tədbirlərdir.Bayramınız qəzasız və xoş keçsin!

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights