Sədərəkdə cinayət

ELAZ.İNFO xəbər verir ki, dekabrın 17-də Sədərək rayonu Dəmirçi kənd sakininə xəsarətlər yetirilib.

Sədərək rayonu Dəmirçi kənd sakini 1957-ci il təvəllüdlü Zakir Abbasovun Aləmzər Abbasovaya xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sədərək rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam edir.

Aydan

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights