ELAZ.İNFO xəbər verir ki, əvvəlcə sosial şəbəkələrdən başlayan qumar reklamları bu gün birbaşa şəxsi nömrələrimizə göndərilir. Bu artıq reklam deyil — şəxsi həyata təcavüzdür. Bu o deməkdir ki, bizim şəxsi məlumatlarımız icazəsiz şəkildə əldə edilir və planlı şəkildə hədəfə alınırıq.
Bəs qanun nə deyir?
Qanunda hər şey yazılıb:
1.Qumar qadağandır
2.Reklamı qadağandır
3.Şəxsi məlumatların oğurlanması qadağandır
Onda ortaya belə sual çıxır:
Kiber təhlükəsizlik qurumları, hüquq-mühafizə strukturları hara baxır?
Bütün bu qanunsuzluq göz qabağında baş verir. Gözləyirlər ki, növbəti qurban borc bataqlığında boğulsun, ailə dağlsın, insan intihar həddinə çatsın… Sonra da ölüdən can istəməyə gəlsinlər?
Əgər profilaktika yoxdursa, əgər monitoring yoxdursa, əgər müdaxilə yoxdursa, onda qanunun mənası nədir? Kim qazanır – Kim məhv olur?
Qazananlar təşkilatçılar və onların kölgədə gizlənmiş dəstəkçiləridir. Məhv olan isə gənclər, ailələr və sabahımız…
Hər göndərilən mesaj bir tələdir.
Hər reklam bir cinayətdir
Hər klik bir ailəni uçuruma itələyir.
Bəs millət bu qədərmi güvənsizdir?
Qanun və cəza ancaq avam,ehtiyac üzündən tələyə düşmüş,fəqir camaat üçündür?
Bu mesajları göndərənlər və bu işi quranlar bilsin:
Siz insanların evinə izinsiz girirsiniz.
Siz onların psixologiyasını, maddiyyatını silah kimi istifadə edirsiniz.
Bu cinayətdir — susanlar isə şərikinə çevrilir.
Vətəndaş olaraq millətim adından sizi xəbərdar edirəm!
Əziz xalqım, Əziz gənclər! Qumar — çıxışı olmayan labirintdir.
Qazanc vədi — torpağın üstünü örtən nazik şirindir. Altı uçurumdur.
Sən onların gözündə yalnız hədəfsən — insan yox.
Qumarın qalibi yoxdur.
Qalan yalnız peşmançılıqdır.
Bu artıq “kiminsə problemi” deyil —
evlərimizə girən, ailələrimizi hədəf alan millət problemidir.
Qanun susduqca, sistem susduqca qurbanların sayı artır.
Bu oyunlar daha neçə insanın həyatını söndürməlidir ki, həqiqətən hərəkətə keçilsin?
İnanıram ki, dövlətimiz bu barədə ölçü götürəcək.
Bu bəla narkotik bəlası qədər eyni bəladır xalqımızı millətimizi dünyaya bu cür xəstəliklərlə tanıtmağa icazə verməyin. Biz qalib dövlətin qəhrəman övladlarıyıq, bizə bu cür şərəfsiz reklamlar etmək yaraşmaz.
Ruslan MƏMMƏDOV