İndoneziyada 6,6 bal gücündə zəlzələ baş verib

ELAZ.İNFO xəbər verir ki, İndoneziyanının Açeh bölgəsinin cənub-qərbində yerləşən Simeulue adasında 6,6 bal gücündə zəlzələ baş verib.
Amerika Birləşmiş Ştatları Geoloji Xidməti (USGS) episentrin Simeulue adasındakı Sinabang şəhərindən təxminən 45 kilometr şimal-qərbdə olduğunu bildirib.

Təxminən 26 kilometr dərinlikdə baş verən 6,6 bal gücündə zəlzələ nəticəsində heç bir tələfat və ya dağıntı qeydə alınmayıb.

Bu arada, İndoneziya Meteorologiya, İqlim və Geofizika Agentliyi (BMKG) zəlzələnin 10 kilometr dərinlikdə 6,3 bal gücündə olduğunu bildirib.

Zəlzələdən sonra sunami xəbərdarlığı verilməyib.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights